Azərbaycan və Fransa arasında ikitərəfli münasibətlərin inkişafı
vacibdir.
AzerTimes-ın məlumatına görə, bunu Trend BİA-nın Fransada təsis
etdiyi “La Gazette” qəzetinin baş icraçı direktoru, aprelin 28-də
Şuşada keçirilən “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” beynəlxalq
konfransının iştirakçısı Jan-Mişel Brön deyib.
O, nümayəndə heyətinin bu gün Bakıda Azərbaycan Prezidenti İlham
Əliyevlə üç saatlıq görüşündən çox təsirləndiyini qeyd edib.
“Prezident İlham Əliyev Azərbaycanın qonşularla, digər
ölkələrlə, Aİ və Çinlə əlaqələrindən danışdı. Eyni zamanda, Aİ-nin
əsas ölkələrindən biri kimi Azərbaycanın Fransa ilə əlaqələrinin
inkişafı çox vacibdir. Fransa ATƏT-in Minsk qrupunun həmsədridir,
lakin göründüyü kimi, Minsk Qrupunun artıq aktuallığı yoxdur”, –
Jan-Mişel Brön bildirib.