11 aprel 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici
işlər naziri Ceyhun Bayramovun Ermənistan Respublikasının xarici
işlər naziri Ararat Mirzoyan ilə telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, tərəflər
iki dövlətin liderləri səviyyəsində əldə olunmuş razılaşmaların
davamı olaraq, gələcək sülh sazişinin hazırlanması üzrə iş, Birgə
Sərhəd Komissiyasının təşkili, habelə, humanitar məsələlər üzrə
fikir mübadiləsi aparıblar.