Azərbaycan post münaqişə dövründə Azərbaycan və Ermənistan
arasında münasibətlərin normallaşması istiqamətində addımlar
atılır.
AzerTimes-ın məlumatına görə, bunu xarici işlər naziri Ceyhun
Bayramov deyib.
C.Bayramov bildirib ki, bu baxımdan, Brüssel görüşünü yüksək
qiymətləndiririk.
“Müstəqillik qazandıqdan sonra Azərbaycan və Ermənistan arasında
sərhədlərin müəyyən edilməməsinin səbəbi Ermənistanın Azərbaycan
torpaqlarını işğal etməsi idi. Azərbaycan öz torpaqlarını işğaldan
azad etdikdən sonra sərhədlərin müəyyən edilməsinin də hüquqi
müstəvidə həll edilməsinin zamanı çatıb. Brüssel görüşündə əsas
məqam ondan ibarətdir ki, sərhədlərin delimitasiyası üzrə
komissiyanın tərkibi artıq təsdiqlənib, – nazir qeyd edib.