Latın Amerikası dövlətlərinə səfəri çərçivəsində Azərbaycan
Respublikasının Xarici İşlər Nazirinin müavini Elnur Məmmədovun 5
may 2022-ci il tarixində Braziliya xarici əlaqələr naziri Karlos
Fransa ilə görüşü keçirilib.
Nazirlikdən AzerTimes-a verilən məlumata görə, görüşdə ölkələrimiz
arasında siyasi dialoqun səviyyəsi yüksək qiymətləndirilib, ölkələr
arasında siyasi məsləhətləşmələrin sayca üçüncü raundunun
keçirilməsinin əhəmiyyəti qeyd olunub. Müxtəlif istiqamətlərdə, o
cümlədən kənd təsərrüfatı, energetika, mədəniyyət və humanitar
sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün mövcud imkanlar
müzakirə edilib, növbəti il ölkələr arasında diplomatik əlaqələrin
30 illiyinin qeyd ediləcəyi, birgə tədbirlərin həyata
keçirilməsinin vacibliyi vurğulanıb.
Nazir müavini E.Məmmədov Vətən müharibəsindən sonra bölgədə
yaranmış yeni siyasi reallıqlar, azad edilmiş ərazilərimizdə
aparılan bərpa və quruculuq işləri barədə Azərbaycan tərəfindən
həyata keçirilən tədbirlər və irimiqyaslı layihələr haqqında qarşı
tərəfə ətraflı məlumat verib, Azərbaycan ərazisindən keçən
beynəlxalq nəqliyyat dəhlizlərin əhəmiyyətinin artdığı diqqətə
çatdırılıb.
Görüşdə, həmçinin Azərbaycan və Braziliya arasında beynəlxalq
təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran
regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir
mübadiləsi aparılıb.
Görüşdə Braziliya tərəfindən Xarici Əlaqələr Nazirliyinin Baş
katibi Simas Maqalyəiş və Braziliya Konqresində
Azərbaycan-Braziliya dostluq qrupunun rəhbəri deputat Klaudio
Kajado da iştirak ediblər.
Nazirlikdən AzerTimes-a verilən məlumata görə,