Azərbaycan və BQXK arasında əməkdaşlığın 30 illiyi qeyd edilib (FOTO)

13 may 2022-ci il tarixində Azərbaycan Respublikası və
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) arasında əməkdaşlığın 30
illiyinə dair tədbir keçirilib.

Xarici İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, tədbridə
BQXK-nin ölkəmizdəki nümayəndəsi Arian Bauer, xarici işlər
nazirinin müavini Mahmud Məmməd-Quliyev, Azərbaycan Qızıl Aypara
Cəmiyyətinin prezidenti Novruz Aslan və Beynəlxalq Qızıl Xaç və
Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Cənubi Qafqaz klasterinin
rəhbəri Davron Muxamadiyev çıxış ediblər.

Nazir müavini M.Məmməd-Quliyev çıxışında 44 günlük Vətən
müharibəsi və torpaqlarımızın işğaldan azad edilməsi nəticəsində
ölkəmizin post-münaqişə dövrünə qədəm qoyduğunu, münaqişənin
humanitar nəticlərinin aradan qaldırılmasının, xüsusilə itkin
düşmüş soydaşlarımızın taleyinin aydınlaşdırılması, işğaldan azad
edilmiş ərazilərimizdə tapılmış kütləvi məzarlardakı insan
qalıqlarının şəxsiyyətinin identifikasiyası və mina təhlükəsi
barədə məlumatlandırmanın BQXK ilə əməkdaşlıqda vacib istiqamətlər
olaraq qaldığını vurğulayıb. O, bu əməkdaşlığın bundan sonra da
xalqımızın maraqları, BQXK-nin humanitar mandatı və ölkəmizin ərazi
bütövlüyü və suverenliyi çərçivəsində davam etdiriləcəyini
bildirib.

Teqlər: