Rusiya Finlandiyaya elektrik enerjisi nəqlini dayandırıb

Rusiyanın “İnter RAO” şirkətinin törəmə müəssisəsi olan “RAO
Nordic” Finlandiyaya elektrik enerjisi nəqlini dayandırıb.

AzerTimes-in
məlumatına görə, bu barədə Finlandiyanın “Fingrid” elektrik şəbəkə
şirkətinin rəsmisi Timo Kaukonen bildirib.

Qeyd olunub ki, Rusiyadan Finlandiyaya elektrik enerjisi nəqli
bu gün gecə yarısından etibarən dayanıb.

Nəqlin dayandırılmasının səbəbi əvvəl nəql olunan elektrik
enerjisinə görə ödənişin həyata keçirilməməsi göstərilib.

Finlandiyanın elektrik enerjisinə tələbatının 10 faizini
Rusiyadan idxal təmin edir. Finlandiya tərəfi Rusiyadan nəqlin
dayanmasını İsveçdən elektrik enerjisi tədarükü hesabına
kompensasiya edəcəyini bildirib.