Azərbaycan və Böyük Britaniya diplomatik əlaqələrindən qurulmasından bəri böyük uğurlara nail olub – Səfir

Azərbaycan və Böyük Britaniya diplomatik əlaqələrinin
qurulmasının 30 ili ərzində böyük uğurlara nail olub.

AzerTimes-ın məlumatına görə, bunu Böyük Britaniyanın Azərbaycandakı
səfiri Ceyms Şarp Bakıda keçirilən “Birləşmiş Krallıq səhiyyədə
sizin həmkarınızdır” adlı tədbirdə deyib.

Səfir bildirib ki, Azərbaycan və Böyük Britaniya arasında
əlaqələr ötən illər ərzində daha da möhkəmlənib. “Biz
əlaqələrimizdə çox uğurlara nail olmuşuq. İki ölkə enerji sahəsində
çox səmərəli əməkdaşlıq edir. Azərbaycanla səhiyyə sahəsində də
əməkdalığı genişləndirmək istəyirik”, – deyə səfir əlavə edib.

Teqlər: