ANAMA və Bosniya və Herseqovina müvafiq qurumu arasında təmaslar yaradılıb və bu sahədə əməkdaşlıq olacaq.
AzerTimes-ın məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Azərbaycana səfərə gələn Bosniya və Herseqovinanın xarici işlər naziri Bisera Turkoviç ilə birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, müharibə dövründə və daha əvvəl Bosniya və Herseqovina Azərbaycanın beynəlxalq hüquqa əsaslana mövqeyini birmənalı şəkildə dəstəkləyib.
“Buna görə xanım nazirə təşəkkür edirəm. Biz mövcud vəziyyət, postmünaqişə dövründə ölkəmizin atdığı addımlar, son həftələr ərzində Brüsseldə və Soçidə keçirilən görüşlər və onların nəticələri barədə həmkarıma məlumat verdim. Bosniya və Herseqovina öz təcrübəsində müharibə acılarını yaşamış ölkədir. Ona görə də onlar bu həssaslığı başa düşür. Bu ölkənin parlamenti Xocalı ilə bağlı qətnamə qəbul edib, soyqırımını sərt şəkildə qınayıb”.