Azərbaycan uğurlu inkişafını davam etdirir – Rauf Əliyev

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlar, aparılan çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan regionda ən güclü və suveren, yüksək beynəlxalq nüfuza malik olan dövlətə çevrilib. Həyata keçirilən praqmatik xarici siyasət strategiyası ölkəmizə beynəlxalq münasibətlər sistemində müstəqil xarici siyasət həyata keçirən milli dövlət kimi etibarlı strateji tərəfdaş imici qazandırıb.

Regional təşəbbüslər Azərbaycanın möhkəmlənməsinə, bölgədəki əməkdaşlığın dərinləşməsinə xidmət etdi. Milli mənafelərlə bağlı problemlərin həllinə həssas və fəal yanaşma uzaq və yaxın xaricin də diqqətindən yayınmadı. Azərbaycan Prezidentinin yürütdüyü uğurlu xarici siyasət nəticəsində ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, dünyada beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı. Azərbaycan Prezidentinin bu məsələdəki birmənalı mövqeyi təsdiqlədi ki, Qarabağın Azərbaycandan ayrılma mexanizmi yoxdur. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2022-ci illərdə sədrlik etməsi müasir Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərdi.

Azərbaycanın ən böyük qələbəsi, tarixi Zəfəri Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusunun 44 Gün davam edən Vətən Müharibəsində ələdə olunan tarixi Zəfər nəticəsində torpaqlarımızın düşmən işğalından azad edilməsidir.

Bu gün müstəqil Azərbaycan dövləti özünün ən şanlı dövrünü yaşayır.Azərbaycan tarixdə heç vaxt bu qədər güçlü olmamışdır. Cənab Prezidentin rəhbərliyi ilə Azərbaycanda sosial sahədə də böyük uğurlar qazanılmışdır. Prezident cənab İlham Əliyev Azərbaycanın sosial sahəyə şox böyük diqqət verən ölkə olduğunu qeyd edərək deyib: “Biz ölkəmizdə bazar iqtisadiyyatı prinsiplərini sosial ədalət prinsipləri ilə birləşdirə bildik və hesb edirəm ki, Azərbaycanın uğurlu inkişafı məhz buna söykənir”. Nəticədə Azərbaycan bu gün güclü iqtisadiyyata, güclü orduya, dünya birliyində güclü mövqeyə sahib olmaqla yanaşı, güclü sosial siyasətə malik bir ölkədir. Azərbaycan Respublikasının 2022-ci il üçün təsdiq edilmiş dövlət büdcəsində sosial xərclər üzrə nəzərdə tutulan xərclərin həcmi buna bariz numunədir. Gələn ilin büdcəsində nəzərdə tutulan sosial xərclərin ümumi büdcə xərclərində xüsusi çəkisi 46,5 faiz nəzərdə tutulmuşdur. Dövlət başçısının həyata keçirtdiyi siyasətin mərkəzində Azərbaycan vətəndaşı, əhalinin sosial müdafiəsinin gücləndirilməsiilə bağlı məsələlər dayanıb. 2003-cü ildən ötən dövr ərzində əlkəmizdə minimum əmək haqqı 10 dəfə, orta aylıq əmək haqqı 7 dəfə, əhalinin nominal gəlirləri 6,9 dəfə, real gəlirləri 7,6 dəfə, pensiyalar 9 dəfə artmışdır.

2018-ci ildən başlayaraq sosial sahədə aparılan islahatların yeni mərhələsi başlanıb və bu proses davam edir.Bu günlərdə cənab Prezidentin imzaladığə Fərman və Sərəncamlara əsasən minumum əmək haqqı 2022-ci ilin yanvarın 1-dən etibarən 250 manatdan 300 manata çattdırılıb, müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin maaşlarının orta hesabla 20% artırılması nəzərdə tutulur. Cınab Prezidentin digər Sərəncamı ilə sosial müavinətlərin və təqaüdlərin artırılması nəzərdə tutulmuşdur. Ümumilikdə qeyd olunan Fərman və Sərəncamlarla maaş artımı 2,1 milyondan çox səxsi, sosial müavinətləri və təqaüdlərin artımı isə 732 min şəxsi əhatə edəcək. Bu məqsədlər üçün illik əlavə olaraq 1,7 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub.

Son 18 ildə Azərbaycan Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etmiş, ümumdaxili məhsul üç dəfədən çox artmışdır, yoxsulluq səviyyəsi 49 faizdən 6 faizə enib. Ölkədə işsizlik səviyyəsi 6 faiz səviyyəsindədir.

Azərbaycanın inkişafını istəməyən, bu uğurları heç cürə qəbul edə bilməyən xaricdəki anti-azərbaycan qüvvələr, onların maliyələşdirdikləri blogerlər bütün vasitələrdən istifadə edərək Azərbaycanın əldə etdiyi bu uğurlara kölgə salmaq istəyirlər. Ölkəmizdə özlərini əbədi müxalifət sayan AXC Musavat cütlüyü də heç cürə indiki iqtidarın əldə etdiyi tarixi naliyyətləri qəbul edə bilmirlər, çünki özləri vaxtı ilə hakimiyyətdə olublar və Azərbaycanı dərin böhran vəziyyətinə gətirmişdilər. Ölkə artıq vətəndaç müharibəsi astanasında idi. O vaxt xalqın tələbi və istəıyi ilə Ümummilli lider Heydər Əliyev hakimiyyətə gəlməsəydi Azərbaycan adlı ölkə olmayacaqdı. Azərbaycanın uğurları artıq bütün dünya tərəfindən artıq qəbul edilmişdir.

Bu uğurlar dünyanın nüfuzlu beynəlxalq təşkilatları tərəfindən də qeydə alınmışdır. Dünya Bankının “Doinng Business” hesabatında reytinqə görə, azərbaycan 190 ölkə arasında 28-ci yerdədir. Azərbaycan 10 ən islahatçı ölkə sırasındadır.

Davos Ümumdünya İqtisadi Forumunun hesabatının bəzi parametrlərinə görə Azərbaycan dünyanın 74 inkişaf etmiş ölkəsi arasında öncül sıralardadır. Əhalinin elektrik enerjisi təchizatı səviyyəsinə görə dünya miqyasında Azərbaycan ikinci yerdədir. Hökumətindəyişməyə cavabdehliyi, yəni islahatçı obrazı əmsalına görə Azərbaycan dünya miqyasında beşinci yerdədir. Azərbaycan Hökumətin uzunmüddətli strategiyası üzrə 10-cu yerdə, hökumətinsiyasi sabitliyi təmin etməsi üzrə 11-ci yerdədir. İnfrastruktur layihələri ilə bağlı göstəricilər də yüksəkdir. Azərbaycan dəmir yol xidmətlərininsəmərəliliyi üzrə 11-ci yerdə, hava yolları xidmətlərinin səmərəliliyi üzrə 12-ci yerdə, avtomobil yollarının keyfiyyəti üzrə isə 24-27-ci yerdədir.

Ulu Öndər Heydər Əliyevin iayiqli siyasi varisi və davamçısı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə müəyyənləşdirilən və həyata keçirilən hərtərəfli düşünülmüş, balanslaşdırılmış xarici siyasət, 44 gün davam edən Vətən müharibəsində Şanlı Ordumuzun parlaq qələbəsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi, 18 il ərzində ölləmizdə həyata keçirilən siyasi və iqtisadi islahatlar, sosial-iqtisadi sahədə, eyni zamanda beynəlxalq əməkdaşlıq sahəsində əldə olunan uğurlar nəticəsində, Azərbaycan dünyaya Günəş kimi doğmuşdur. Bir vaxtlar Ulu Öndər Heydər Əliyev demişdi “Vaxt gələcək Azərbaycan dünyaya Günəş kimi doğacaq” Bu Gün həmin gündür. Azərbaycan dünyaya Günəş kimi doğmuşdur.

Milli Məclisin deputatı

Rauf Əliyev

Teqlər: