Azərbaycan və ABŞ təhlükəsizlik sahəsində möhkəm əməkdaşlıq qurub – Səfir

Xəbər - Ləman Zeynalova – Trend:

Azərbaycan və ABŞ təhlükəsizlik sahəsində möhkəm əməkdaşlıq
qurub.

Trend-in
məlumatına görə, bunu jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri
Erl Litsenberger deyib.

“Biz təhlükəsizlik sahəsində möhkəm və etibarlı əməkdaşlıq
qurmuşuq. Bu, Azərbycanın Əfqanıstanda terrorçuluqla beynəlxalq
mübarizədə iştirakı ilə başladı. Azərbaycan bizi Əfqanıstanda
sonadək dəstəklədi. Azərbaycanla Türkiyə Həmid Karzay beynəlxalq
hava limanının təhlükəsizliyini təmin edirdi. Mən Azərbaycanın bu
koalisiyada oynadığı rolu və bu məsələdə əməkdaşlığını davam
etdirməsini yüksək qiymətləndirirəm. Biz, həmçinin Azərbaycanla
onun sərhədlərinin, cənubda quru sərhədlərinin, şərqdə dəniz
sərhədlərinin təhlükəsizliyinin təmin olunmasında sıx əməkdaşlıq
edirik. Xəzər dənizi tərəfdən biz vacib enerji infrastrukturunun,
neft və qaz quyularının müdafiəsində kömək göstəririk”, – deyə
səfir bildirib.

(Tərcümə: Ləman Zeynalova)

Teqlər: