Azərbaycan və ABŞ generalları görüşdü

Azərbaycan və ABŞ generalları görüşdü

Azərbaycan müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov Pentaqonda Milli Qvardiya Bürosunun rəhbərinin müavini, Hərbi Hava Qüvvələrinin general-leytenantı Mark Sassevil ilə görüşüb.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ səfirliyindən bildirilib.

Qeyd olunub ki, tərəflər Dövlət Tərəfdaşlıq Proqramı çərçivəsində uzunmüddətli, qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərini və ümumi ikitərəfli müdafiə əməkdaşlığımızı müzakirə ediblər.

Teqlər: