Azərbaycan Üzgüçülük Federasiyasının baş katibi LEN-in konfransına qatılıb

Azərbaycan Üzgüçülük Federasiyasının baş katibi Fərid Bənənyarlı
Portuqaliyanın Lissabon şəhərində keçirilən LEN Avropa Üzgüçülük
Federasiyasının fövqəladə iclasında iştirak edir.

Federasiyanın mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə,
iclasda LEN-nin yeni seçilmiş Prezidenti Antonio Silvanın 100
günlük fəaliyyətinin hesabatı dinləniləcək.

Bundan başqa Avropa Üzgüçülük Federasiyasının gələcəkdə
görüləcək işlər planı, digər yeniliklər və keçirilməsi nəzərdə
tutulan yarışların təşkili məsələri də müzakirə olunacaq.

Teqlər: