Üzgüçülük üzrə Azərbaycan milli komandasının üzvü Ramil Vəlizadə
Çexiyanın Ostrava şəhərində keçirilən beynəlxalq turnirdə 200 metr
məsafədə batterfley üsulunda 2.02.35 nəticə ilə kürsünün 2 ci
pilləsinə qalxıb, gümüş medal qazanıb.
Azərbaycan Üzgüçülük Federasiyandan AzerTimes-a verilən məlumata
görə 50 mert batterfley üsulunda finala vəsiqə qazanan Məryəm
Şeyxəlizadəxangah isə 27.91 nəticə ilə güclülər sırasında ilk
üçlükdə yer alıb və sayca 2-ci bürünc medalı qazanıb.