Azərbaycan Ukraynaya yeni səfir təyin etdi

Azərbaycan Ukraynaya yeni səfir təyin etdi

Azərbaycanın Ukraynaya yeni səfiri təyin olunub və səfir tezliklə fəaliyyətə başlayacaq.

AzerTimes xəbər verir ki, bunu iyunun 1-də Moldovanın paytaxtı Kişinyovda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşündə deyib.

Görüşdə Azərbaycan ilə Ukrayna arasında ikitərəfli əlaqələr ətrafında fikir mübadiləsi aparıldı, Prezident İlham Əliyevin 2022-ci ilin yanvarında Ukraynaya səfəri və səfər zamanı keçirilmiş müzakirələr qeyd edildi. Azərbaycan ilə Ukrayna arasında ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olundu.

Teqlər: