Azərbaycan Ukraynaya humanitar tibbi yardım göndərib (FOTO/VİDEO)

Azərbayan Respublikasının Prezidenti cənab İlham Əliyevin
tapşırığı ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi
Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən Ukraynaya
humanitar yardım məqsədilə təcili və təxirəsalınmaz hallarda tibbi
yardımın göstərilməsi üçün dərman preparatları və tibbi
avadanlıqlar göndərilib.

TƏBİB-dən AzerTimes-a verilən məlumata görə, 27 fevral tarixində
tibbi vasitələrin yükləndiyi təyyarə yola düşüb.

Tibbi vasitələrin yardımı ilə bağlı təhvil-təslim aktını
Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri
Vladislav Kanevski və TƏBİB-in İdarə Heyəti sədri vəzifəsini icra
edən Vüqar Qurbanov imzalayıblar.

Teqlər: