Azərbaycan Türkiyəyə qaz ixrac edən ölkələr arasında ilk üçlükdə yer alıb

2022-ci ilin yanvarında Azərbaycandan Türkiyəyə təbii qaz ixracı
2021-ci ilin eyni dövrü ilə müqayisədə 28,85 faiz azalıb.

Trend bu barədə
Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Təşkilatına (EPDK)
istinadən məlumat verir.

Hesabat dövründə Rusiyadan Türkiyəyə qaz ixracı 2,618 milyard,
ABŞ-dan 1,205 milyard, Azərbaycandan isə 796,32 milyon kubmetr
təşkil edib.

Yanvar ayında Rusiyadan Türkiyəyə qaz ixracı 2,11 faiz azalıb,
ABŞ-dan isə 89,92 faiz artıb.

2022-ci ilin yanvarında Türkiyəyə ümumi qaz idxalı ötən ilin
yanvarı ilə müqayisədə 10,03 faiz artaraq 6,705 milyard kubmetr
təşkil edib. Türkiyə 4,064 milyard kubmetr təbii qazı boru
kəmərləri ilə idxal edib, 2,641 milyard kubmetri isə
mayeləşdirilmiş təbii qaz qismində alıb.

Türkiyənin boru kəməri ilə qaz idxalı 9,86 faiz azalıb,
mayeləşdirilmiş təbii qaz idxalı isə 66,57 faiz artıb.

Twitter: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: