Azərbaycan-Türkiyə-Türkmənistan XİN başçılarının görüşü olacaq

Türkiyə, Azərbaycan və Türkmənistan xarici işlər nazirləri görüşəcək.

Yenicag.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

M. Çavuşoğlu görüşlərin dəqiq tarixini açıqlamayıb.

“Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə ayrıca ikitərəfli görüş də gerçəkləşdirəcəyik”, – deyə o, bildirib.

www.yenicag.az