Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan ombudsmanları Şuşada səfərdədirlər (FOTO)

Şuşa.Trend:

“TÜRKPA üzv dövlətlərində insan hüquqlarının qorunması”
mövzusunda konfransın iştirakçılarının bir qrupu ilk öncə Füzuli
hava limanına, sonra isə Şuşaya yola düşüblər.

AzerTimes-ın Qarabağ bürosunun məlumatına görə, səfərdə Azərbaycanın
İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Türkiyə
Ombudsmanı Şeref Malkoç, Türkiyə İnsan Hüquqları və Bərabərlik
Qurumunun sədri Muharrem Kılıç, Qazaxıstan Ombudsmanı Elvira
Azimova, Qırğızıstan Ombudsmanı Atır Abdrahmatova və digər şəxslər
iştirak edir.

Qonaqlar Şuşa şəhərinin erməni işğalı dövründə dağıntılara məruz
qalmış tarixi abidələrinin qalıqlarına baxıblar. Onlar Şuşanın qala
divarlarını, Cıdır düzünü, Vaqifin məqbərəsini və digər tarixi
məkanları ziyarət ediblər.

Qeyd edək ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə
Müvəkkili təsisatının 20 illiyinə həsr olunan konfrans sabah Bakıda
keçiriləcək.

Teqlər: