Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat
xidməti idarəsi Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş
qondarma “prezident seçkiləri”nə dair bəyanat yayıb.
AzerTimes-ın məlumatına görə,
bəyanatda deyilir: “Azərbaycan Respublikasının Xarici İşlər
Nazirliyi Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü
dəstəklədiyini bir daha təsdiqləyir və 10 aprel 2022-ci il
tarixində Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri”ni, həmçinin onların nəticələrini tanımır.
Azərbaycan Xarici İşlər Nazirliyi Tsxinvali məsələsinin
beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq sülh yolu
ilə həlli üçün danışıqların davam etdirilməsinin vacib olduğunu
hesab edir”.