Azərbaycan Tokio Yay Paralimpiya Oyunlarına 32-ci lisenziyanı qazanıb (FOTO)

Azərbaycan Tokio Yay Paralimpiya Oyunlarına 32-ci lisenziyanı qazanıbNurlan Babacanov
Azərbaycanın daha bir idmançısı Tokio-2020 Yay Paralimpiya Oyunlarında iştirak edəcək.

Milli Paralimpiya Komitəsindən AzerTimes-a verilən məlumata görə, pauerliftinqçi Nurlan Babacanov reytinq xalları qazandıran yarışlarda yüksək nəticələr göstərərək nüfuzlu yarışa lisenziya qazanıb.

Qeyd edək ki, bu, Azərbaycan paralimpiyaçılarının Tokio olimpiadasına ümumilikdə 32-ci lisenziyası olub. Onlardan 8-i atletika, 4-ü parataekvando, 4-ü pauerliftinq, 3-ü üzgüçülük və 2-si güllə atıcılığı növündəndir.


Teqlər: