Azərbaycan Təhsil Nazirliyi ilə gələcək əməkdaşlığa ümid edirik – Böyük Britaniya səfirliyi

Xəbər - Maryana Əhmədova – Trend:

Azərbaycan Təhsil Nazirliyi ilə ölkədə tədris müəssisələrinin
yaradılması sahəsində gələcək əməkdaşlığa ümid edirik.

Trend-in
məlumatına görə, bunu Böyük Britaniyanın Azərbaycandakı
səfirliyinin daimi nümayəndəsi Frenis Qardener-Trexo “Learning
Hubs” üçillik tədris proqramının bitməsi mərasimində deyib.

“Bu proqramın nailiyyətlərini çoxsaylı tərəfdaş və
mütəxəssislərlə əməkdaşlığa borcluyuq”, – deyə o qeyd edib.

Onun sözlərinə görə, proqram inklüzivlik prinsiplərinə əsaslanıb
və bütün Azərbaycanda mərkəzlərin yaradılmasına yol açıb.

“Bu müddət ərzində biz ümumilikdə 8 mindən çox şagirdlə
işləməklə onların ingilis dili biliklərini, müzakirə aparmaq və
tənqidi düşüncə bacarıqlarını inkişaf etdirmişik”, –
F.Qardener-Trexo deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: