Azərbaycan tamblinqçiləri Rusiyada keçirilən turnirdə medallar qazanıblar

Tamblinqçilərimiz Rusiyanın “Mineralnıye Vodi” şəhərində (Stavropol əyaləti) təşkil edilmiş məşq toplanışında və təlim sonu keçirilmiş yarışda iştirak ediblər.

Azərbaycan Gimnastika Federasiyasından AzerTimes-a verilən məlumata görə, məşq toplanışı və yarışda iştirak üçün Rusiyaya tamblinqçilərimiz – Mixail Malkin, Bilal Qurbanov, Tofiq Əliyev, Adil Hacızadə, Hüseyn Əsədullayev, Aleksey Karataşov və Elnur Məmmədov yollanıb.

23 iyunda başlamış təlim məşq toplantısı 1 iyulda yekunlaşıb. Ardınca tamblinqçilərin “Zvyozdi prijkov” (“Tullanış ulduzları”) adlı yarışı keçirilib. Turnirdə böyüklər arasında yarışan Mixail və gənclər yaş qrupunda çıxış edən Adil və Bilal 2-ci, Aleksey isə 3-cü yerdə qərarlaşıb. Digər gimnastlarımız Hüseyn, Elnur və böyüklər arasında yarışan Tofiq müvafiq olaraq 12, 10 və 8-ci nəticəni göstəriblər.

Teqlər: