Azərbaycan Tacikistana başsağlığı verdi

Azərbaycan Tacikistana başsağlığı verdi

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Tacikistanın Xarici İşlər Nazirliyinə başsağlığı verib.

AzerTimes xəbər verir ki, Azərbaycanın xarici siyasət idarəsi bununla bağlı Tvitter hesabında paylaşım edib.

“Tacikistanın Bədəxşan vilayərində qar uçqunu nəticəsində insan tələfatı və dağıntılara görə dərin hüznlə başsağlığımızı bildiririk.

Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayırıq”, – paylaşımda qeyd olunur.

Qeyd edək ki, fevralın 16-da Tacikistanın şərqində baş verən qar uçqunu nəticəsində 15 nəfər ölüb, 12 nəfər xəsarət alıb.

Hadisə nəticəsində 4 yaşayış binası tamamilə, 35-i isə qismən dağılıb, daha 5 təsərrüfat obyektinə ziyan dəyib.

Hazırda dəymiş zərərin məbləği hesablanır.

Uçqun təhlükəsi fevralın 19-dək davam edəcək.

Teqlər: