Azərbaycan şirkəti körpü tikdi, prezident gəldi – Foto

Azərbaycan şirkəti körpü tikdi, prezident gəldi – Foto

İyulun 25-də Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycanın “AzVirt” şirkətinin layihəsi əsasında bu ölkədə inşa olunan yeni körpünün açılışında iştirak edib.

AzerTimes xəbər verir ki, Ruma-Şabac avtomobil yolunun və Şabac-Loznitsa ekspres yolunun tikintisi çərçivəsində Şabac yaxınlığındakı Sava çayı üzərində tikilən yeni körpünün açılış mərasimində Azərbaycanın Serbiyadakı səfiri Kamil Xasiyev və “AzVirt” şirkətinin rəhbərliyi – MMC-nin baş direktoru Kamil Əliyev və şirkətin regional direktoru Ahmet Murat Türkoğlu da iştirak ediblər.

Teqlər: