Xəbər - Samir Əli – Trend:
Azərbaycanlı silah alverçisi beynəlxalq axtarışa verilib.
AzerTimes-ın məlumatına görə, 1981-ci il təvəllüdlü Tale İbrahimov
qanunsuz odlu silahları saxlamaq və satmaqda təqsirləndirilir.
T.İbrahimov barəsində Azərbaycan hüquq-mühafizə orqanlarında
cinayət işi başlanıb.
Təqsirləndirilən şəxs istintaqdan yayındığı üçün onun barəsində
İnterpol vasitəsilə axtarış elan olunub.