Astara sakini 28 kiloqramdan artıq narkotiklə saxlanılıb

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri
əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Astara
sakinindən 28 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə və
psixotrop maddə, əlavə olaraq narkotik tərkibli həblər aşkarlanaraq
götürülüb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AzerTimes-a verilən məlumata görə, Astara
RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri
əməliyyat-axtarış tədbirləri nəticəsində Astara rayon sakini Teymur
Əliyev sərnişin qismində olduğu taksi fəaliyyəti göstərən
avtomobildə saxlanılıb. Həmin avtomobilin yük yerindən T.Əliyevə
məxsus 11 kiloqram 530 qram heroin, 2 kiloqram 460 qram tiryək, 10
kiloqram 545 qram qurudulmuş marixuana, 4 kiloqram 220 qram
metamfetamin və 4560 ədəd metadon həbi aşkarlanaraq götürülüb.
Araşdırma zamanı müəyyən edilib ki, T.Əliyev narkotik vasitə və
psixotrop maddəni xaricdə yaşayan narkotacir vasitəsilə əldə edib
və onun dediyi yerlərə çatdırılmasını təmin etməli imiş.

Faktla bağlı Astara RPŞ-də araşdırma aparılır.

Teqlər: