“Azərbaycan Sənaye Korporasiyası” ASC-də Müşahidə Şurasının iclası keçirilib (FOTO)

08 aprel 2022-ci il tarixində “Azərbaycan Sənaye Korporasiyası”
ASC-nin törəmə müəssisəsi olan “Azəralüminium” MMC-nin Müşahidə
Şurasının növbəti iclası keçirilib.

ASC-dən AzerTimes-a bildirilib ki, Müşahidə Şurasının sədri,
Korporasiyanın Baş direktoru Kamran Nəbizadənin sədrliyi ilə
keçirilən iclasın gündəliyində “Azəralüminium” MMC-nin Müşahidə
Şurasının əsasnaməsinin layihəsi, korporativ katibinin əsasnaməsi
və Cəmiyyətin korporativ strukturunun təşkili kimi məsələlər
müzakirə olunub, Baş direktor və digər vəzifəli şəxslərin
məruzələri dinlənilib.

Sonda müzakirə olunan məsələlər üzrə Müşahidə Şurasının
əsasnaməsinin layihəsi məqbul hesab edilib və Ümumi Yığıncağa
təqdim edilməsinə razılıq verilib.

Bununla yanaşı, korporativ katibinin əsasnaməsi və
“Azəralüminium” MMC-nin korporativ strukturu təsdiq edilib.

Teqlər: