Azərbaycan şəhərində zavod partladı: 54 yaralı

Azərbaycan şəhərində zavod partladı: 54 yaralı

Güney Azərbaycanın Tufarqan şəhərində yerləşən “Atlas Foam Səhənd Industries” adlı boya zavodunda partlayış olub.

AzerTimes xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalı məlumat yayıb.

Məlumatda görə, partlayış zamanı 54 nəfər yaralanıb.

Bildirilir ki, partlayışdan dərhal sonra hadisə yerinə Qızıl Ayparanın xilasetmə qrupları göndərilib.

Yanğınsöndürmə qrupları tərəfindən yanğının söndürülməsi əməliyyatı davam edir.

Teqlər: