Azərbaycan Robert Koçaryan və Serj Sarqsyan barədə axtarış elan etdi

Xəbər - Samir Əli – Trend:

Azərbaycan Ermənistanın sabiq prezidentləri Robert Koçaryan və
Serj Sarqsyan barədə axtarış elan edib.

Bu barədə AzerTimes-ın sorğusuna Respublika Hərbi Prokurorluğundan
məlumat verilib.

Məlumatda bildirilir ki, hər iki şəxs Cinayət Məcəlləsinin
müvafiq maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib.


“Adıçəkilən şəxslər 1988-ci ilin fevral ayından etibarən
Azərbaycan və erməni xalqları arasında milli düşmənçilik salmaq,
nifrət oyatmaq niyyəti ilə Xankəndi şəhərinin təşkilat və
müəssisələrində erməni milliyyətindən olan işçiləri yığıb iclaslar
keçirib, Qarabağın ermənilərə məxsus olduğunu və orada yalnız
ermənilərin yaşamalı olduğunu bildirib, azərbaycanlıları işdən
qovub, Dağlıq Qarabağdan zorla köçürərək evlərini yandırmağı təbliğ
ediblər. Həmin şəxslər qondarma “Dağlıq Qarabağ Respublikası”nın
elan olunması barədə qanunsuz qərar qəbul etdiklərinə və digər
cinayətlər törətdiklərinə görə Cinayət Məcəlləsinin müvafiq
maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib və axtarışa
veriliblər”, – deyə məlumatda bildirilir.

Teqlər: