Azərbaycan regionda enerji təhlükəsizliyinin təşviqində güclü tərəfdaşdır – Laura Loxman

Azərbaycan regionda enerji təhlükəsizliyinin təşviqində güclü
tərəfdaşdır.

Trend-in
məlumatına görə, bunu ABŞ dövlət katibi müavinin enerji
diplomatiyası üzrə müşaviri Laura Loxman Bakı Enerji Həftəsinin
açılış mərasimində deyib.

“Bir müddət əvvəl biz ABŞ-la Azərbaycan arasında diplomatik
münasibətlərin qurulmasının 30 illiyini qeyd etdik. Ölkələrimiz
uzun müddətdir ki, sıx tərəfdaşlıq münasibətləri saxlayır və
ABŞ-dan daha çox Cənubi Qafqazda müstəqillik və demokratiyanın
tərəfdarı olan ölkə yoxdur. Azərbaycan regionda enerji
təhlükəsizliyinin təşviqində güclü tərəfdaşdır”, – deyə o
bildirib.

L.Loxman əlavə edib ki, ABŞ etibarlı enerji mənbələri
strategiyaları üzərində Azərbaycanla işlərin davamına ümid
edir.

Teqlər: