Azərbaycan qazı Bolqarıstana sabitlik gətirdi – Cenevrə Universitetinin mərkəzinin direktoru

Azərbaycan qazı Bolqarıstana sabitlik gətirib.

Bu barədə AzerTimes-a
Cenevrə Universitetinin İdarəetmə Mərkəzinin direktoru Ventseslav
Sabev bildirib.

“Mən bir bolqar əsilli olaraq qeyd etmək istəyirəm ki,
Azərbaycan qazı Rusiyadan qaz tədarükü ilə bağlı böhran
kontekstində Bolqarıstana sülh və sabitlik gətirib”, – deyə o
bildirib.

Onun sözlərinə görə, Azərbaycanın enerji resurslarının Avropa
bazarında olması böyük əhəmiyyət kəsb edir.

O, Azərbaycan da daxil olmaqla, alternativ tədarüklərin təşkil
ediləcəyinə ümid etdiyini bildirib.

V.Sabev əlavə edib ki, Qarabağ regionu gələcəkdə “yaşıl enerji”
və İKT sahəsində əməkdaşlıq üçün çox perspektivli sahəyə çevrilə
bilər:

“Bolqarıstan şirkətləri Qarabağda bu sahələrin inkişaf
etdirilməsində çox maraqlı ola bilər”.

Teqlər: