Xəbər - Trend:
Mayı 23-də Bakıda Azərbaycan-Qazaxıstan Ekspert Şurasının
yaradılması barədə memorandum imzalanıb.
Trend-in
məlumatına görə, sənədi Beynəlxalq Münasibətlərin Təhlili
Mərkəzinin İdarə heyətinin sədri Fərid Şəfiyev və Qazaxıstanın
Strateji Araşdırmalar İnstitutunun direktoru Yerkin Tukumov
imzalayıb.
Tədbirdə, həmçinin Qazaxıstanın Azərbaycandakı səfiri Serjan
Abdıkarimov iştirak edib.