Xəbər - Ləman Zeynalova – Trend:
Azərbaycan qaz sahəsində Səudiyyə Ərəbistanı ilə əməkdaşlıqda maraqlıdır.
Trend-in məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov “Asharq Al-Awsat” nəşrinə müsahibəsində deyib.
“Biz qaz və qaz elektrik enerjisi sahələrində əməkdaşlıq etmək istəyirik. Bu, şübhəsiz ki, yaxın zamanlarda iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün vasitələrdən birinə çevriləcək.” – deyə nazir bildirib.
P.Şhabazov vurğulayıb ki, COVID-10 pandemiyası dünya enerji bazarlarında böhrana səbəb olub və əməkdaşlıq mexanizminin olmayacağı təqdirdə vəziyyət daha da pisləşə bilər.
“Bu vəziyyətlərdə OPEC+ kimi əməkdaşlıq mexanizmlərinin problemlərin həlli üçün mövcud təcrübədən yararlanmaq lazımdır. Biz ümumilikdə əməkdaşlığa başlamışıq və neft tədarüklərində müəyyən dayanıqlığa nail ola bilmşik. Biz dünya bazarlarına enerji daşıyıcıları tədarükünün aylıq artırılması üzrə proqramı işə sala bildik. Bu proqram 2022-ci ilədək davam edəcək.” – deyə o, əlavə edib.
Twitter: @Lyaman_Zeyn
(Tərcümə: Orxan Nəbiyev)