Azərbaycan Qaz İxrac edən Ölkələr Forumunun sammitində iştirak edəcək

Energetika naziri Pərviz Şahbazov Qətərin enerji məsələləri üzrə
dövlət naziri Saad Şerida al-Kaabinin dəvəti ilə Qətər Dövlətinə
səfər edib.

Energetika Nazirliyindən AzerTimes-a verilən məlumata görə, nazir
cari ilin 21-22 fevral tarixlərində Doha şəhərində keçiriləcək Qaz
İxrac edən Ölkələr Forumunun (GECF) Nazirlər İclasında və GECF-in
dövlət və hökumət başçılarının 6-cı Sammitində iştirak edəcək.

GECF-in toplantılarında qlobal qaz bazarının mövcud vəziyyəti,
inkişaf perspektivləri və qaz ixrac edən ölkələr arasında
əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər müzakirə
ediləcək. Nazir Pərviz Şahbazovun hər iki tədbirdə çıxışı və bir
sıra ikitərəfli görüşləri nəzərdə tutulub.

Teqlər: