Qarabağın erməni işğalından azad edilməsi kənd təsərrüfatının
inkişafına təkan verdi.
Trend-in məlumatına görə, bunu ekologiya və
təbii sərvətlər naziri Muxtar Babayev FAO-nun dəstəyi ilə Kənd
Təsərrüfatı Nazirliyi tərəfindən təşkil olunmuş kənd təsərrüfatının
rəqəmsallaşdırılması üzrə beynəlxalq konfransda deyib.
“Qarabağın Ermənistan tərəfindən işğalı bu bölgədə kənd
təsərrüfatı sektorunun çökməsinə gətirib çıxardı”, – nazir
deyib.
Onun sözlərinə görə, Azərbaycan bu gün qarşıya Qarabağı sıfır
tullantı zonasına çevirmək məqsədi qoyub.
“Bunun üçün Azərbaycan “yaşıl” iqtisadiyyatın, ekoloji qəsəbə və
şəhərlərin yaradılması üzrə addımlar atır” – deyə M.Babayev
bildirib.
Nazir əlavə edib ki, FAO ilə əməkdaşlıq artıq mühüm nəticələr
verib və məhsuldar əməkdaşlığın davam edəcəyinə ümidvar olduğunu
bildirib.
(Tərcümə: Orxan Nəbiyev)