Azərbaycan Prezidenti Ermənistanın kütləvi məzarlıqların yerini göstərmək istəməməsinin səbəbini açıqlayıb

İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad etdiyimiz
ərazilərdə 1700-dən çox həlak olmuş erməni hərbi qulluqçusu bizim
tərəfimizdən tapılıb və biz onların hamısını qaytarmışıq.

AzerTimes xəbər verir
ki, bu barədə Prezident İlham Əliyev TASS agentliyində Rusiyanın
aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşündə
bildirib.

Dövlətimizin başçısı deyib: “Birinci Qarabağ müharibəsi
dövründən 3890 azərbaycanlı, o cümlədən təqribən 200 uşaq indiyədək
itkin düşmüş hesab edilir. Biz erməni tərəfinə kütləvi
məzarlıqların yerini göstərmələri barədə müraciət etmişik, lakin
hələ cavab yoxdur. Mən bilmirəm niyə. Yəqin onlar başa düşürlər ki,
orada, sadəcə, hərbi cinayətlərin sübutları olacaq. Lakin bununla
belə biz tələb edirik və yeri gəlmişkən, Avropa İttifaqı da bu
məsələ ilə bağlı fikrini bildirib ki, kütləvi məzarlıqların yeri
bizə təqdim edilsin. Çünki ehtimal çox böyükdür ki, hər şey
Qarabağdadır, bizim işğaldan azad etdiyimiz ərazilərdədir”.

Teqlər: