Bu gün Azərbaycan Premyer Liqasının 8-ci turunun oyunlarına “Qarabağ” – “Qəbələ” görüşü ilə yekun vurulub.
Trend xəbər verir ki, “Azersun Arena” stadionunda keçirilən görüş Ağdam təmsilçilərin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qurban Qurbanovun yetirmələrinin heyətində Abdulla Zubir və Ramil Şeydayev fərqləniblər. Qələbə sayəsində xallarının sayını 14-ə çatdıran “Qarabağ” liderliyə yüksəlib. “Qəbələ” isə 11 xalla üçüncü yerdə qalıb.