Azərbaycan Premyer Liqasının növbəti turu keçirilib

Bu gün Azərbaycan Premyer Liqasının 8-ci turunun oyunlarına “Qarabağ” – “Qəbələ” görüşü ilə yekun vurulub.

Trend xəbər verir ki, “Azersun Arena” stadionunda keçirilən görüş Ağdam təmsilçilərin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.


Qurban Qurbanovun yetirmələrinin heyətində Abdulla Zubir və Ramil Şeydayev fərqləniblər. Qələbə sayəsində xallarının sayını 14-ə çatdıran “Qarabağ” liderliyə yüksəlib. “Qəbələ” isə 11 xalla üçüncü yerdə qalıb.

Teqlər: