Azərbaycan Premyer Liqasının 2021/2022-ci il mövsümünə yekun vurulub

Futbol üzrə Azərbaycan Premyer Liqasının 2021/2022-ci il
mövsümünə yekun vurulub.

Trend xəbər verir ki, mövsümün sonuncu – XXVIII turunda dörd
qarşılaşma baş tutub. “Qarabağ” qızıl, “Neftçi” gümüş medalı daha
əvvəl təmin etdiyindən son tur yalnız bürünc medalın taleyinə
aydınlıq gətirib. Öz meydanında “Şamaxı” ilə qarşılaşan “Zirə”
qolsuz heç-heçə edərək üçüncü pilləni qoruyub.

Qəsəbə klubunun medalçılar sırasında qalmasında “Qəbələ”nin
“Sabah”la görüşdəki xal itkisi səbəb olub. Qəbələ şəhər
stadionundakı görüş 1:1 hesabı ilə başa çatıb. Mövsümün son iki
görüşü böyük hesablı qələbə ilə nəticələnib. Autsayderlərin
duelində “Sumqayıt” “Səbail”in qapısından 5 cavabsız top
keçirib.

Çempionatın son qarşılaşmasında “Qarabağ” və “Neftçi”
komandaları üz-üzə gəliblər. “Qarabağ” klubu görüşdən 4:1 hesablı
qələbə ilə ayrılıb.

Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasında, “Neftçi”, “Zirə”
və “Qəbələ” isə Konfrans Liqasında mübarizə aparacaq.

Teqlər: