Azərbaycan Premyer Liqasında klubların artırılmasının tərəfdarıyıq – AFFA

Xəbər - Fərid Zöhrabov – Trend:

Azərbaycan Premyer Liqasında klubların artırılmasının tərəfdarıyıq.

Bunu Trend-ə açıqlamasında AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla deyib.

O, bildirib ki, AFFA Azərbaycan Premyer Liqasında klubların sayının sayının artırılmasına etiraz etmir.

“Əksinə AFFA Premyer Liqada klubların çox olmasının tərəfdarıdır, amma bu təkcə AFFA-ya aid olan məsələ deyil. Klubların çempionatda çıxışı üçün müvafiq tələblər və lisenziyalaşdırma şərtləri var. Klublar bu şərtlərə əməl etməldirlər ki, Premyer Liqada çıxış etsinlər. Belə ki, klubun maliyyəsi, stadionu icarəyə götürüb futbol oynadıqları stadion olmalıdır. Sponsorlar hansısa klubları maliyələşdirərək, müvafiq sənədləri vaxtında təqdim etsə, AFFA heç bir halda Premyer Liqada klubların artırılmasına etiraz eləmir”.


F.Abdulla bildirib ki, utbolun inkişafı ilə bağlı bölgələrdə uşaq komandaları ilə görüşlər keçirilir və bu davamlı olacaq: “Bütün bölgələrə səfərlər nəzərdə tutulub. Səfərlər zamanı uşaq komandalarına AFFA tərəfindən forma, toplar palyanılır. Müəyyən rayonlarda süni örtüklü meydançaların salınması ilə bağlı razılıq əldə olunub. Süni örtüklü meydançalar AFFA-nın layihəsidir. Respublikanın müxtəlif yerlərində 100-dən artıq belə meydança inşa olunub. Meydançanın inşa olunacağı yer yerli icra orqanlarını tərəfindən təqdim olunur.

Əsas məqsədimiz uşaqları,yeniyetmələri sağlam həyat tərzinə təşviq eləməkdir. Buna görə də, səfərlərdə AFFA rəsmiləriylə yanaşı, futbol veteranları da iştirak edirlər”.

Teqlər: