Azərbaycan Premyer Liqasında 10 komanda olacaq

Növbəti mövsümdən Azərbaycan Premyer Liqasında 10 komanda mübarizə aparacaq.

Trend xəbər verir ki, bu barədə AFFA-nın Konfransında qurumun icraçı vitse-prezidenti Elxan Məmmədov məlumat verib.

O, hər hansı fors-major hal olmasa, nəhayət, bu planı gerçəkləşdirəcəklərini bildirib.


Qeyd edək ki, hazırda Azərbaycan Premyer Liqasında 8 komanda iştirak edir.

Teqlər: