Azərbaycan pavilyonunun bütün dünyadan fərqi

Düşünürəm ki, mütləq Azərbaycan pavilyonuna qiymət vermək üçün
digər ölkələrin pavilyonunu görmək lazımdır. İlk baxışdan
Azərbaycan pavilyonu sənə Azərbaycanı, Azərbaycanın kiçik bir
modelini göstərir, ancaq başqa ölkələrin pavilyonlarını görəndə,
onların bu dünyada özünü nə ilə təcəssüm etdirdiyini, dünyaya nə
ilə çıxdığını görəndə beyin, düşüncə olaraq qayıdırsan yenidən öz
pavilyonuna və görürsən ki, sən dünyaya nə verirsən.

AzerTimes xəbər verir
ki, bu sözləri Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində
keçirilən “Expo-2020” sərgisində iştirak edən “Qafqazinfo” Xəbər
Portalının baş direktoru Elbrus Ərud yerli televiziyaya
müsahibəsində deyib.

E.Ərud qeyd edib ki, Azərbaycan pavilyonu burada yeganə
pavilyondur ki, dünyaya robot, dron, sürətli qatar, müxtəlif
texniki vasitələr, avadanlıqlar yox, məhz sadəlik, səmimiyyət,
təbiilik, orjinallıq təqdim edir:

“Bu görünür. Dünyada elə bir möhtəşəmlik yoxdur ki, o güllə
qarşılanmasın. Bəlkə də, Azərbaycan pavilyonu başdan-ayağa
gülün-çiçəyin içərisindədir. Dünyada ən böyük uğuru da güllə
qarşılayırlar. Mən qeyd etmək istəyirəm, dünyada xalçanı sevməyən
insan, toplum yoxdur.

Mən Rəşad Ələkbərovun sərgisini gördüm, orada Azərbaycan
xalçasını gördüm, çox heyrətamizdir. Bəzən deyirlər ki,
Azərbaycanın xalçaları dünyanın hansısa muzeylərində saxlanılır,
bizim xalçalarımız dünyanın müxtəlif ölkələrinə daşınıb. Amma
görürsən ki, nəsil, genetika davam edir”.

Teqlər: