Azərbaycan Paşinyandan milyardlarla dollarlıq silah aldı

Azərbaycan Paşinyandan milyardlarla dollarlıq silah aldı

Ermənistan Baş naziri Nikol Paşinyan məğlubiyyətdə hərbçiləri günahlandırır, lakin ordunun başını özü kəsib.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistanın eks-prezidenti Serj Sərkisyan deyib.

“Əgər ətrafda hamı – hərbçi, komandir, Ermənistanda bütün kişilər günahkardırsa, o özü nə edib? Nə üçün komandirləri dəyişməyib, əksinə, ordunun başını kəsdi”, – o bildirib.

Sərkisyanın sözlərinə görə, Tovuz döyüşləri zamanı (2020, iyul) Paşinyan sinəsinə döyərək özünü qalib və ali baş komandan adlandırıb.

Eks-prezident, həmçinin, Paşinyanın erməni hərbçilərinin Azərbaycana qiyməti milyardlarla dollarla ölçülən silah “qoyub getməsi” açıqlamasına da münasibət bildirib. O bildirib ki, Azərbaycan erməni hərbçilərdən deyil, Paşinyanın özündən o silahları alıb.

Teqlər: