Azərbaycan Pakistanda hərbi yarışmaya qatıldı

Azərbaycan Pakistanda hərbi yarışmaya qatıldı

Pakistanın Milli Terrorla Mübarizə Mərkəzində (NCTC) ölkə Ordusunun beynəlxalq hərbi “Team Spirit” – 2023″ yarışmasının açılış mərasimi baş tutub.

AzerTimes Report-a istinadən xəbər verir ki, Azərbaycan yarışmada müşahidəçi qismində iştirak edib.

Yarışmada Pakistan ordusundan 7 komanda, habeləə 10 beynəlxalq komanda, o cümlədən Bəhreyn, Səudiyyə Ərəbistanı, Mərakeş, Özbəkistan, Tailand, İordaniya, ABŞ, İraq, Qazaxıstan və Qətər komandaları iştirak edir. Yarışda Azərbaycanla yanaşı, Myanma və Nigeriya da müşahidəçi qismində iştirak edirlər.

Altmış saatlıq gərgin mübarizə martın 7-dən 9-dək davam edəcək. Yarış döyüş komandalarının fiziki dözümlülüyünün, əqli çevikliyinin və taktiki məharətinin qiymətləndirilməsi əsasında keçirilir.

Qeyd edilir ki, yarış ötən illər ərzində populyarlıq qazanıb və beynəlxalq müsabiqəyə çevrilib ki, bu da iştirakçı komandalara, xüsusən də Pakistan Ordusunun terrorla mübarizə təcrübəsindən öyrənmək və bir-biri ilə təcrübə mübadiləsi aparmaq imkanı verir.

Teqlər: