Dövlət sərhədinin Kəlbəcər rayonu ərazisində Azərbaycan
Ordusunun bölmələri tərəfindən guya Zod mədənində mülki erməni
işçilərə qarşı atəş açılması barədə Ermənistan mətbuatında yayılan
məlumat yalandır, dezinformasiya xarakteri daşıyır.
Bu barədə AzerTimes-a Azərbaycan Müdafiə Nazirliyindən (MN)
bildirilib.
“Bu xəbəri qəti surətdə təkzib edirik”, – məlumatda deyilir.