Azərbaycan Ordusunun Türkiyə modeli əsasında qurulması sürətləndirilir

Azərbaycan Ordusunda Türkiyə Respublikası Silahlı Qüvvələri
modelinin tətbiqinin sürətləndirilməsi tapşırılıb.

AzerTimes xəbər verir
ki, bununla bağlı Müdafiə Nazirliyində keçirilən xidməti müşavirədə
Müdafiə naziri general-polkovnik Zakir Həsənov tapşırıq verib.

Nazir Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin
Ali Baş Komandanı İlham Əliyevin göstərişinə uyğun olaraq Türkiyə
Respublikası Silahlı Qüvvələri modelinin Azərbaycan Ordusunda, o
cümlədən hərbi təhsil sahəsində tətbiqinin sürətləndirilməsini
tapşırıb.

Teqlər: