Azərbaycan Ordusunun rabitə hissə və bölmələrində məşğələlər keçirilib (FOTO)

2022-ci il döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan
Ordusunun rabitə hissə və bölmələrində ixtisas hazırlığı üzrə
məşğələlər keçirilib.

Müdafiə Nazirliyindən AzerTimes-a verilən məlumata görə,
məşğələlərdə səhra rabitə qovşağı və elementlərinin ərazidə
açılması, yaranmış mürəkkəb şəraitdə vahid rabitə sisteminin təşkil
edilməsi ilə bağlı tapşırıqların yerinə yetirilməsi praktiki olaraq
məşq etdirilib.

Rabitəçilər idarəetmənin təşkili üçün ərazidə açılmış dayaq və
mobil rabitə qovşaqlarından qərargahlararası yüksək keyfiyyətli səs
və məlumat mübadiləsini bacarıqla yerinə yetiriblər.

Teqlər: