Azərbaycan Ordusunun rabitə hissə və bölmələri ilə kompleks məşqlər keçirilir (FOTO/VİDEO)

Mayın 18-də Azərbaycan Respublikasının müdafiə naziri
general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti
Azərbaycan Ordusunun rabitə hissə və bölmələri ilə keçirilən
kompleks məşqlərdə iştirak edib.

Müdafiə Nazirliyindən AzerTimes-a
verilən məlumata görə, səhra idarəetmə məntəqələrində məşqlərin
təşkili və gedişatı ilə maraqlanan müdafiə nazirinə bölmələrin
sərəncamındakı müasir rabitə avadanlıqları təqdim edilib.

Məruzə olunub ki, məşqlərdə vahid rabitə sisteminin təşkili,
eləcə də radioelektron mübarizə tədbirləri üzrə tapşırıqlar uğurla
icra edilir.
General-polkovnik Z.Həsənov qoşun növlərinin komanda-idarəetmə
məntəqələri, həmçinin azad edilmiş ərazilərdə dislokasiya olunan
birlik və birləşmələrin qərargahları ilə video-konfrans rejimində
əlaqə saxlayaraq məruzələri dinləyib.
Məşqlərin gedişatını müsbət qiymətləndirən nazir rabitə hissə və
bölmələrinin fəaliyyətinin təkmilləşdirilməsi, qoşunlar arasında
vahid rabitə və avtomatlaşdırılmış idarəetmə sistemlərinin
təşkilinin vacibliyini xüsusi qeyd edib.

Teqlər: