Azərbaycan Ordusunun hərbi qulluqçusu elektrik cərəyanı vurması nəticəsində həlak olub

Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Nəsirov Müşfiq Əjdər oğlu ehtiyatsızlıqdan elektrik cərəyanı vurması nəticəsində həlak olub.

Müdafiə Nazirliyindən AzerTimes-a verilən məlumata görə, hadisə ilə bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Teqlər: