Azərbaycan Ordusunun geri çəkilməsi… – Hovsepyan

Azərbaycan Ordusunun geri çəkilməsi… – Hovsepyan

Qərbi Zəngəzur (Sünik) qubernatoru Robert Qukasyanın Azərbaycan Ordusunun Dığ (Dağ) kəndinin bəzi istiqamətlərində geri çəkilməsi ilə bağlı açıqlamasını erməni mənbələri də təkzib edib.

AzerTimes xəbər verir ki, Dığ kəndinin Ağsaqqallar Şurasının üzvü Arqam Hovsepyan media ilə əlaqə saxlayaraq, Qukasyanın bu iddiasına münasibət bildirib.

“Azərbaycan Ordusu heç yerə çəkilməyib. Əgər azərbaycanlılar geri çəkilsəydi, mən bilərdim”, – deyə o qeyd edib.

Xatırladaq ki, 6 iyunda Rober Qukasyan Azərbaycan Ordusunun “bəzi istiqamətlərdə geri çəkildiyini” bildirsə də, hərbi mənbələr bunun yalan olduğunu vurğulamışdılar.

Teqlər: